Mbappe “Real”dan ayrıldı – Fransaya getdi

Çərşənbə axşamı “Santiago Bernabeu” stadionunda təqdimetmə mərasimi baş tutan Kilian Mbappe “Real Madrid”dən ayrılıb. 

Viral.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. 

Mənbənin məlumatına görə, fransalı ulduz futbolçu klub rəsmilərinə Avropa çempionatında burnundan aldığı xəsarətə görə əməliyyata ehtiyac duymadığını bildirib. Bununla belə, o, ABŞ-yə mövsümöncəsi turneyə getməyə hazır olmadığını və Fransa millisində çıxış etdiyi üçün istirahətə ehtiyacı olduğunu diqqətə çatdırıb. 

Son Yazılar:

“Real Madrid” avqustun 7-də ABŞ turundan qayıtdıqdan sonra mövsümöncəsi məşqlərə başlayacaq. Mənbə qeyd edir ki, Mbappe avqustun 14-də keçiriləcək rəsmi oyunda yeni komandasında debüt edə biləcək. Həmin gün “Kral klubu” UEFA Superkubokunda “Atalanta” ilə qarşılaşacaq.