Avropa Parlamentində növbəti rüşvət qalmaqalı

Avropa Parlamentində növbəti rüşvət qalmaqalı yaşanır.

 

Viral.az xəbər verir ki, Belçika polisi Avropa Parlamentinin ofisində “Russiagate” işi ilə bağlı axtarış aparır.

Son Yazılar:

 

Avropa Parlamentinin deputatlarına Rusiya təbliğatının “Avropanın səsi” saytı vasitəsilə irəlilədilməsinə görə rüşvət verildiyi hesab edilir.

 

“Avropa Parlamentinin müvafiq əməkdaşının bunda mühüm rol oynadığına dair əlamətlər var”, – deyə Belçika hüquq-mühafizə orqanları bildirib.

 

Avropa Parlamentinin sözçüsü davam edən təhqiqatla bağlı şərh verməkdən imtina edib.

 

Xatırladaq ki, Avropa Parlamentində rüşvət və korrupsiya skandalları artıq adət halını alıb.

 

2022-ci ildə Avropa Parlamentinin vitse-prezidenti, yunan deputat Eva Kayli və daha 3 nəfərin Qətərdən rüşvət almaları faktı məlum olmuşdu.

 

Bu qalmaqallarda erməni lobbisi, xüsusən Brüsseldə yaşayan erməni iş adamı Kaspar Karapetyanın aktiv rol oynadığı da məlumdur.