Fəzail Ağamalı yox, qızı namizəd olacaq

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

 

Viral.az xəbər verir ki, onun əvəzinə qızı Günay Ağamalı namizəd olacaq.

Son Yazılar:

 

Günay Ağamalının 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizədliyi irəli sürülüb. O, Ana Vətən Partiyasının sədrinin Humanitar və Kommunikasiya Məsələləri üzrə müşaviridir.

 

Qeyd edək ki, Fəzail Ağamalı Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı olub.