Sentyabrda bu verilişlər BAĞLANACAQ

“10 ildir ki televiziyalardakı o verilişlərə görə dava aparıram. Yeni ortaya çıxan yalançı ziyalılar eşidiblər ki, “yuxarıda” bu işlərlə maraqlanırlar və başlayıblar televiziyaları tənqid edirlər. Televiziyalar yaranandan onsuz da bu millətin əleyhinə gedirlər”.

Viral.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov televizilardakı ucuz şou proqramları haqqında danışarkən deyib.

Onun sözlərinə görə, yeni mövsümdə televiziyaların sosial verilişləri ilə bağlı tədbir görüləcək:

“Məndə olan məlumata görə, sentyabr ayında o verilişlər dayandırılacaq. Amma əvəzində nə olacaq, bilinmir. Azərbaycanda televiziya mədəniyyəti, ideologiya, təbliğat aparacaq elə bir ziyalımız yoxdur. Yenə gəlib növbəti bir şou düzəldəcəklər. Yəni toplananların yerini dəyişməklə cəm dəyişmir”.

Kinorejissor televiziyalardakı dəyişikliklərin müvafiq qurumlarla razılaşdırılmasını təklif edib:

“Yeni proqramlar, ictimaiyyətlə, ziyalılarla, Mili Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi ilə razılaşdırılmalıdır ki, yenə Zaurlər, Xoşqədəmlər gəlib orda bu cür işlərlə məşğul olmasınlar”.

Şeyx Əbdül aparıcılar arasında da seçim edilməsinin vacib olduğunu bildirib:

“Stomatoloji fakültəni bitirib, özünü yapona oxşadır, gündə sinəsini, baldırını açır, sonra da iki saat efirdə hırıldayır və bir şey başa düşmürsən. Adını çəkməyəcəm, bir qız aparıcı var, bir dəfə efirdə sözümü kəsdiyinə görə verilişi tərk etdim və daha o verilişə getmirəm. Bu gün Azərbaycan televiziyalarında ancaq qeybət qırırlar. Onların xalqa söz deməyə səlahiyyətləri, mənəvi haqları, bunun üçün intellektləri yoxdur”.

Son Yazılar: