İsrailin Livana təcavüzü dünya ictimaiyyətinin reaksiyasına səbəb olacaq

“İsrailin Livana təcavüzü beynəlxalq ictimaiyyət və region ölkələrinin cavabı ilə üzləşəcək və ABŞ-də bu addımın məsuliyyətini bölüşəcək”.

Viral.az “TASS”a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

“Şübhəsiz ki, BMT-nin müstəqil üzvü olan Livana qarşı hər hansı təcavüz beynəlxalq ictimaiyyət, region ölkələri və müqavimət qrupları tərəfindən qətiyyətlə qarşılanacaq və Livana qarşı hər hansı potensial təcavüz qarşısında İsrail rejiminin əsas dəstəkçisi inkar edilə bilməz”.

Son Yazılar:

(redaktor.az)