Şair Nazilə Səfərli ünvanına yazılan tənqidə cavab verib.
Viral.az xəbər verir ki, izləyicilərindən biri onun “Banu” verilişindən getməsini istəyib. İzləyicinin “Banu” verilişini sən aparma, Günel (aparıcı Günel Həsənzadə -red.) gəlsin” şərhinə Nazilə belə reaksiya verib:
“Güneli verilişdən qovmayıblar, ərə gedib. Məni işə dəvət ediblər, kiminsə yerini tutmamışam. Günelin ərdən boşanıb dönməyini arzulayırsan? Məni bəyənməyə məcbur deyilsən. Verilişimə baxma heç. Bir sən baxmasan mənə nə olacaq ki? Bir də boş vaxtını başqalarını sərf etmə. Bir dön həyatında gör nə qədər çatışmazlıqlar var. Özünlə məşğul ol ki, xoşbəxtliyin sənə gəlsin. Yazığım gəldi sənən. Xoşbəxt deyilsən. Xoşbəxt qadın heç kimin qəlbini qırmaz”.
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağa necə təsir etdiyini AÇIQLADI
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
Qeyd edək ki, ötən il günel ailə quraraq illərlə aparıcısı olduğu proqramdan gedib. //Axşam.az