Neft Fondu zərərdən mənfəətə keçdi

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ili 8 milyard 102,789 milyon manat xalis mənfəətlə başa vurub.

Bu barədə Viral.az ARDNF-in auditor hesabatına istinadən xəbər verir. Fond 2022-ci ildən 5 milyard 240,044 milyon manat xalis zərərlə çıxmışdı.

Ötən il ARDNF-in effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 176,248 milyon manat (əvvəlki ilə nisbətən 2,5 dəfə çox), istiqraz investisiyaları üzrə gəliri 3 milyard 045,023 milyon manat (əvvəlki il zərər olub), səhm investisiyaları üzrə gəliri 3 milyard 479,743 milyon manat (əvvəlki il zərər olub), qızıl külçə investisiyaları üzrə gəlirləri 1 milyard 373,126 milyon manat (15,6 dəfə çox), məzənnə fərqi üzrə gəliri 109,299 milyon manat (əvvəlki il zərər olub), investisiya mülkiyyətinin ədalətli dəyərlə yenidən qiymətləndirilməsi üzrə zərəri 24,998 milyon manat (7,2 dəfə çox), icarə gəlirləri 40,005 milyon manat (2,7 % az), sair əməliyyat gəlirləri 31,748 milyon manat (54,9 % çox), əməliyyat xərcləri 76,546 milyon manat (2,1 % çox), birgə müəssisələrin vergidən sonrakı maliyyə nəticələrində pay üzrə zərəri 47,357 milyon manat (6,2 dəfə az), mənfəət vergisi ödəmələri isə 3,502 milyon manat təşkil edib.

Son Yazılar:

Bu il yanvarın 1-nə Neft Fondunun aktivləri 95 milyard 771,301 milyon manat olub ki, bu da illik müqayisədə 13,9 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 27,1 % azalaraq 457,629 milyon manata enib, balans kapitalı isə 14,2 % artaraq 95 milyard 313,672 milyon manata çatıb.