Magistraturaya qəbul olunanların qeydiyyat müddəti UZADILDI

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb.

Bu barədə Viral.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Magistraturaya qəbul olmuş şəxslər iyulun 22-si saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün bakalavrlar göstərilən vaxtadək https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Son Yazılar:

Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər.

Xatırladaq ki, bakalavrların qeydiyyat prosesinə iyulun 9-dan etibarən başlanılıb.