Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 31 il sonra şəxsiyyəti müəyyənləşdirilən daşkəsənli şəhid Akif Abbasov dəfn olunub.
Viral.az xəbər verir ki, Daşkəsən rayonunun Əhmədli kənd sakini şəhid Abbasov Akif İlyas oğlu Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhidin dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri və KİV mənsubları iştirak ediblər. Şəhidin cənazə namazı ailəsinin yaşadığı evdə qılınıb, dualar oxunub.
Son Yazılar:
- Milyoner cütlüyün toydan bir ay sonrakı davası: Bakıda maraqlı BOŞANMA
- Müğənni Ramal efirə tanınmaz halda gəldi
- Metroda sərnişin relslərin üzərinə YIXILDI
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.
Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağı şəhidin qardaşı Nizaməddin Abbasova təqdim edilib.
Qeyd edək ki, şəhid Abbasov Akif İlyas oğlu 1 iyul 1970-ci ildə Daşkəsən rayonunun Əhmədli kəndində anadan olub. O, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 28 dekabr 1993-cü ildə Ağdərə rayonunun Salahlı kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən şəhid olub.
(qafqazinfo)