Qeyri-qanuni yolla bağçaya yazdırılan uşaqların adı sistemdə görünmür.
Viral.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova deyib.
O bildirib ki, bununla bağlı mütəmadi monitorinqlər aparılır və bu cür hallara yol verən müəssisə rəhbərləri ilə bağlı qanuni tədbirlər görülür (apa).