Aparıcı Xoşqədəm Hidayətqızı verilişinə zəng edən Fatimə adlı qadına əsəbiləşib.
Viral.az xəbər verir ki, aparıcı Fatimə “Gecə başqasının maşınında kiminlə yol gedirdin? Uşaqların ola-ola. Nə gəzirdin yad, özündən yaşca kiçik uşağın maşınında nə gəzirdin” sözlərini söyləyib.
Qızın “Başqalarının həyatını müzakirə etmək sənin üçün rahatdır” sözləri aparıcını özündən çıxardıb.
Son Yazılar:
- Bu il Gürcüstanda prezident seçkiləri KEÇİRİLƏCƏK
- Bakıda küləyin gücü saniyədə 23 metrə çatdı
- Milyoner cütlüyün toydan bir ay sonrakı davası: Bakıda maraqlı BOŞANMA
X.Hidayətqızı “Özünə gəl. Özünü mənimlə, nə də burada kimləsə müqayisə et. Mənimlə də yox, süpürgəçilik edib uşaqlarını saxlayan, bütün həyatını balalarına həsr edən, ərindən ayrılandan sonra təkbaşına saçlarını saxlayıb bala saxlayan biri ilə müqayisə etmə. Hər zaman qadınların ailə qurmasının tərəfdarıyam. Məni misal gətirirsən? Özünə gəl, mən ikinci dəfə ailə qurarkən rəsmi nikahlı, sənədli, sübutlu qurdum. Getmisən özündən yaşca kiçik, ailənin narazı olduğu biri ilə yaşadın. Birtəhər səni ayırıblar, sonra gəlib yenə adamın həyatını məhv etdin. Sonunda da həbsxanaya getdi” deyə, ona cavab verib.
Qeyd edək ki, Sadiq adlı bəylə sevgili olub. Sadiq avtomobillə bir qadını vuraraq, öldürüb. Daha sonra isə qaçıb. “Səni axtarıram” verilişində Sadiq tapılaraq hüquq mühafizə orqanlarına təhvil verilib. //Axşam.az