İki gün öncə çayda batan kişinin meyiti tapıldı 

İki gün öncə Lənkərançayda batan şəxsin meyiti tapılıb.

 

Bu barədə Viral.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Son Yazılar:

 

Bildirilib ki, iyulun 16-da Lənkərançay çayında batmış 1976-cı il təvəllüdlü Panayev Elşad Xanhəsən oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.