Banqladeşdə həftə ərzində tələbələrlə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda ən azı 16 nəfər ölüb, yüzlərlə adam yaralanıb.
Viral.az xarici mediaya istinadla xəbər verir ki, gənclərin işsizlik problemi ilə əlaqədar başlatdığı etiraz aksiyası sonradan iğtişaşa çevrilib. Onlar dəyənək və daş parçaları ilə polislərə hücum edib, avtomobilləri, polis postlarını yandırıblar. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər. Mobil internet məhdudlaşdırılıb, universitet şəhərciklərinə güc strukturlarının əlavə bölmələri cəlb olunub.
Son Yazılar:
- Prezident Surinamın dövlət başçısını təbrik ETDİ
- İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik ETDİ
- Azərbaycanda qlobal inflasiya azalıb – AMB sədri
Ölkənin ədliyyə naziri Anisul Haq etirazçıları danışıqlara dəvət etsə də, onların nümayəndəsi Nahid İslam polisin güc tətbiqindən sonra bunun mümkün olmadığını bəyan edib. Bir neçə ölkənin səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb və öz vətəndaşlarına aksiyalar olan yerlərə yaxınlaşmamağı tövsiyə edib.
Qeyd edək ki, bu, xanım Şexy Hasinanın 5-ci dəfə Baş nazir seçilməsindən sonra Banqladeşdə ilk etiraz aksiyasıdır. Universitet şəhərciklərindən başlayan etiraz aksiyalarının iştirakçıları dövlət vəzifələrinin 30 faizinin 1971-ci ildə Pakistandan müstəqillik müharibəsində iştirak edənlərin ailələrinə ayrılması qərarının ləğvini tələb edirlər. Baş nazir bu tələbi rədd edib.