Daha 3 bitərəf deputat seçkilərdə iştirak etmək barədə qərar verib.
Viral.az xəbər verir ki, VI çağırış Milli Məclisin üzvləri Jalə Əliyeva, Novruzəli Aslanov və Anatoliy Rafailov sentyabrın 1-də keçiriləcək parlamet seçkilərində iştirak edəcək.
Jalə Əliyeva saytımıza açıqlamasında bildirib ki, 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən namizəd olacaq. O, III, IV, V və VI çağırış Milli Məclisin üzvü olub.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Novruzəli Aslanov isə 89 saylı İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürəcək. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti indiyədək 4 dəfə deputat seçilib.
VI çağırışda ilk dəfə deputat seçilən Anatoliy Rəfailov isə 89 saylı Quba-Qusar seçki dairəsindən namizəd olacaq. (modern.az)