“Windows 10” əməliyyat sistemi ilə işləyən cihazlarda baş verən qlobal nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə təsir göstərməyib.
Bu barədə Viral.az-a Bakı Aeroportundan sorğusunun cavabında qeyd edilib.
Bakı aeroportunun əməliyyatları “Amadeus” sistemi üzərindən həyata keçirilir ki, bu da hazırda aeroportun fasiləsiz fəaliyyətini təmin edir.
Son Yazılar:
- Azərbaycan və İran xüsusi təyinatlıları “Araz – 2024” birgə taktiki təlimi keçirir
- Xanım işçisini döyən müdir digər qadını boşatdırmaq istəyir?
- Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ
Qeyd edək ki, yaranan nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuşlar həyata keçirən əksər aviaşirkətlərin işinə də təsir göstərməyib. Bununla belə, yaranan problem “Flynas” aviaşirkətinin Ər-Riyad-Bakı-Ər-Riyad marşrutu üzrə uçuşunu ləğv etməsinə səbəb olub.
Bundan əlavə, nasazlıq “Wizz Air Abu Dhabi”, “Kuwait Airways” və “Turkish Airlines” kimi aviaşirkətlərin fəaliyyətinə təsir etsə də, bu gün üçün planlaşdırılmış bütün uçuşların həyata keçirilməsi gözlənilir.