“Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası” təsdiq edilib.
Viral.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu qayda dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə (bundan sonra-tibb müəssisələri) tibb işçilərinin işə qəbulu qaydasını, vakant vəzifələrin tutulması üçün yaradılan müsahibə komissiyasının reqlamentini, müsahibə komissiyasının tərkibinin formalaşdırılmasını, müsahibənin keçirilməsini, qiymətləndirmə aparılmasını, müsahibənin nəticələrinin araşdırılması qaydasını müəyyən edir.
Son Yazılar:
- 30-dan çox turistin olduğu yaxta batdı
- Azərbaycan və İran xüsusi təyinatlıları “Araz – 2024” birgə taktiki təlimi keçirir
- Xanım işçisini döyən müdir digər qadını boşatdırmaq istəyir?
Tibb müəssisəsinin rəhbəri (baş həkim, baş direktor, direktor, rəis, müdir) və onun müavinlərinə, hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (qurumları) və hüquq mühafizə orqanlarının tibb müəssisələrinə isə şamil edilmir.
Qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.