Dünyanın ən bahalı qapıçıları ONLARDIR

Dünyanın ən bahalı qapıçıları müəyyənləşib.

Viral.az xəbər verir ki, Gürcüstan millisinin üzvü Georgi Mamardaşvili və Portuqliya yığmasının qolkiperi Dioqu Koşta AVRO-2024-dən sonra dünyanın ən bahalı qapıçıları olub.

23 yaşlı gürcüstanlı qapıçı siyahıda birinci, Portuqaliya yığmasının 24 yaşlı üzvü isə ikinci pillədə yer alıb. Hər iki qapıçın qiyməti 45 milyon avro olaraq dəyərləndirilib. 3 və 4-cü yerlərdə müvafiq olaraq Fransanın PSJ klubundan Canluici Donnarumma, Almaniya təmsilçisi “Borussiya”dan (Dortmund) Qreqor Kobel yer alıb. Bu qapıçıların qiyməti isə 40 milyon avro olaraq dəyərləndirilib.

Son Yazılar:

Qeyd edək ki, Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 finalında Gürcüstan millisi İspaniyaya 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Ümumilikdə AVRO-2024-də Gürcüstan komandasının keçirdiyi 4 oyunun hamısında iş başında olan G.Mamardaşvili 29 seyvlə yadda qalıb ki, bu da yarışın rekordu olub.