Donald Trampın ABŞ seçkilərində qalib gələcəyi təqdirdə yeni gömrük rüsumlarının tətbiqindən ehtiyat edən Kanada artıq onun ətrafı ilə danışıqlara başlayıb.
Viral.az xəbər verir ki, bu barədə Amerikanın “CBC” televiziya şirkəti məlumat yayıb.
Əngəl Trampın Kanada-ABŞ-Meksika ticarət razılaşmasının bir hissəsi kimi tətbiq edilməsi planlaşdırılan 10 faizlik gömrük tarifləri təklifi olub.
Son Yazılar:
- Gələn il minimum əmək haqları və pensiyalar ARTIRILACAQ
- Bu gündən şagirdlərin elektron yerdəyişmə prosesi BAŞLADI
- Banka borcu olanları SEVİNDİRƏCƏK XƏBƏR
“CBC”nin məlumatına görə, bu mövzuda danışıqlar davam edir, Trampın müttəfiqləri isə Kanadaya hər hansı bir rahatlıq vəd etmir. Tərəflər rüsumsuz ticarətin saxlanması üzrə dialoqun başlanması imkanını müzakirə edirlər, lakin bu məsələdə hələlik razılığa gəlməyiblər.
CBC hesab edir ki, tarif danışıqları çərçivəsində Tramp administrasiyası Kanadaya NATO daxilində müdafiə xərclərinin artırılmasını sürətləndirmək üçün təzyiq göstərə bilər.
Üstəlik, artım baş verərsə, Kanada çox güman ki, cavab tədbirləri görəcək.
(redaktor.az)