Azərbaycanda bu şəxslərə pulsuz evlər veriləcək – VACİB AÇIQLAMA

“Azərbaycan Prezidentinin təsdiq etdiyi son qanunla şəhid ailələri üçün yeni bir güzəşt növü təsdiq olundu, qüvvəyə mindi. Belə ki, əvvəlki qanunvericiliklərdə şəhid ailəsi statusu olmayan şəhid ailəsinin üzvləri mənzil növbəsinə dayanmaq hüququna malik deyildilər. Məsələn, əgər şəhidin yoldaşı dünyasını dəyişirdisə, onun övladları artıq şəhid ailəsi statusu şamil edilməyən yaşda olurdularsa, o zaman həmin şəhidimizin övladları dövlət tərəfindən mənzil almaq üçün növbəyə dayanmaq hüququna malik deyildilər”.

Viral.az xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, yeni dəyişikliklər imkan verəcək ki, şəhid ailəsində şəhid ailəsi statusu olmayan üzvlər belə mənzil növbəsinə dayanıb, mənzil almaq hüququna malik olsunlar:

Son Yazılar:

“Bu praktik olaraq şəhid ailələrinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, sosial təminatının gücləndirilməsi, eyni zamanda mənzil şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.

Nəticədə imkan verəcək ki, əgər şəhid ailəsi statusu olan vətəndaşlarımız mənzil növbəsinə dayanan zaman mənzillə təmin olunmayıblarsa, onların övladları, hətta onların yaşları nisbətən çoxdursa, şəhid ailəsi statusu yoxdursa, o halda belə həmin vətəndaşlarımız müraciət edib mənzillə təmin oluna biləcəklər.

İndiyədək 15 mindən artıq mənzil şəhid ailəsinin üzvlərinə və qazilərimizə təqdim olunub və ilkin gözlənti bundan ibarətdir ki, 2025-ci ilin sonunadək bütün şəhid ailələri, eləcə də qazilərimiz dövlət tərəfindən mənzillə təmin olunacaq”.