İyulun 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Viral.az-a bildiriblər ki, əvvəlcə Komissiyanın iyulun 15-də keçirilmiş iclasının protokolu təsdiq edilib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələ müzakirə olunub.
Diqqətə çatdırılıb ki, bildirişdə seçicinin soyadı, adı və atasının adı ilə yanaşı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı əks olunur, habelə seçicilərin məlumatlandırılması məqsədilə səsvermə qaydalarının illüstrasiyalı şəkillərlə aydın izahı verilir. Bildirişlə bağlı Komissiya üzvlərinin müzakirəsinin ardınca qanunvericiliyin tələblərinə uyğun olaraq, səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair 6 milyon 516 min 567 (altı milyon beş yüz on altı min beş yüz altmış yeddi) bildirişin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.
İclasda daha sonra qarşıdan gələn seçkilərdə Gələcək Azərbaycan Partiyası, Müsavat Partiyası, Azad Vətən Partiyası, Vəhdət Partiyası və Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. MSK sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verib.
Media subyektləri nümayəndələrinin də iştirak etdikləri iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.