ABŞ-ın keçmiş lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.
Viral.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” səhifəsində yazıb.
Son Yazılar:
- Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin OLUNDU
- “Uşağı təkcə ana yox, hər iki valideyn böyütməlidir” – PSİXOLOQ
- Rusiya bu ölkəni hədələdi: Ukraynaya silah verərsə…
“Prezident Zelenski ilə çox yaxşı telefon danışığı oldu. ABŞ-ın növbəti prezidenti olaraq mən dünyaya sülh gətirəcəyəm. Çoxlu sayda insanın həlak olduğu və saysız-hesabsız günahsız ailənin didərgin düşdüyü bu müharibəyə son qoyacağam. Hər iki tərəf bir araya gələrək zorakılığa son qoyan razılaşmanı müzakirə edə bilər”, – deyə keçmiş dövlət başçısı bildirib.
Qeyd edək ki, Tramp dəfələrlə bu il prezident seçkilərində qalib gələcəyi təqdirdə, Ukrayna münaqişəsinin tezliklə həllinə nail olacağını bəyan edib.