İntihar məktubu yazıb evdən GETDİ

Şirvanda 14 yaşlı qız özünü öldürəcəyi ilə bağlı məktub yazıb evdən gedib.

Viral.az xəbər verir ki, Şirvan sakini 2010-cu il təvəllüdlü Nərgiz Ziyadi evdən çıxıb və geri qayıtmayıb.

Yaxınları onun özünü öldürəcəyi barədə məktub yazdığını deyirlər. Evdən çıxarkən əynində cins şalvar və ağ köynək olub, boyu 1,5 metrdir.

Son Yazılar:

Bu barədə polisə də məlumat verilib. Onu görənlərdən 102 xidmətinə, Şirvan Polis Şöbəsinin 02121 5 14 50, 055 759 09 59 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.

(APA)