Rusiya Prezidenti Vladimir Putin Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonu dövlət başçısı vəzifəsində olmasının 30 illiyi münasibətilə təbrik edib.
Viral.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Müasir dövlət institutlarının qurulması və sosial-iqtisadi sahədə mühüm uğurlara imza atılması ilə əlamətdar olan Belarusun bütün müasir tarixi sizin adınızla ayrılmaz şəkildə bağlıdır.
Son Yazılar:
- Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin ETDİ
- Bakıda NATO nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ
- Məşhur müğənni səhnəyə ağlayaraq vida etdi – FOTO
Belarus seçiciləri ardıcıl altı dəfə ən yüksək dövlət vəzifəsini sizə etibar ediblər və bu, həmvətənləriniz arasında böyük nüfuzunuzun olmasına dəlalət edir”, – Putinin təbrik məktubunda deyilib.
Rusiya lideri vurğulayıb ki, Belarus və Rusiya xalqlarının rifahı naminə konstruktiv, yoldaşlıq dialoqunu və sıx birgə işi davam etdirməkdən şad olacaq.