Maksimum bal yığan qız seçəcəyi universiteti AÇIQLADI

İyulun 7-də keçirilmiş qəbul imtahanında 700 bal toplayan Şəbnəm Novruzovanın hansı universiteti seçəcəyi məlum olub. 

Viral.az xəbər verir ki, bu barədə o, modern.az-a danışıb. Şəbnəm Novruzova imtahanın onun üçün əla keçdiyini bildirib:

“700 bal toplayacağımı gözləyirdim. Cavablar açıqlananda isə sadəcə qürur hissi keçirdim. Təhsilimi Azərbaycan Diplomatik Akademiyasında Maliyyə ixtisası üzrə davam etdirmək istəyirəm. Gələcəkdə isə magistr təhsilimi xaricdə almağı düşünürəm”.

Son Yazılar:

Qeyd edək ki, II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 1 nəfər göstərib. İmtahanda 400 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal yığıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplayıb.