Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə “Sərhədçi” atçılıq klubunda ARAF kuboku uğrunda keçirilən konkur yarışlarının qalibləri müəyyənləşib.
Viral.az-ın ARAF-ın mətbuat xidmətinə istinadən məlumatına görə, bu gün başa çatan turnirin yekununda “Elite” atçılıq klubunun təmsilçiləri Aydan Ağayeva “Zirvə 2” ləqəbli atla birinci, Anar Hümbətov “Damla” ləqəbli atla ikinci, Seyid Musayev isə “Ayla” ləqəbli atla üçüncü yerin sahibi olub.
M kateqoriyası üzrə 120 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 9 idmançı yaş məhdudiyyəti qoyulmayan atlarla iştirak edib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Sonda hər üç koteqoriyada birinci yerin sahiblərinə “ARAF” kuboku, ikinci və üçüncü pillələri tutanlara medallar, həmçinin ARAF-ın fəxri diplomları təqdim edilib.