“O vaxt qastrollar günə 5, 8, 13 manat idi. 13 manat olanda müharibə düşdü, Azərbaycan Dövlət Konsert Birliyi dağıldı. Əlavə maaşımız da yox idi. Əlavə qazanc toylardan idi. Toylar daha baha idi. Məsələn, toy qaytarmışam, ordan 3000-2500 qazanacaqdımsa, qastroldan 30 manat almışam, amma pulum göndərilməyib. Heç vaxt toya qiymət deməmişəm, ansablın pulunu almışam. Demişəm, nə verərsiniz, götürərəm. Pis eləmişəm, yaxşı etməmişəm. Kaşkilər var, olmazdı gərək. İndi də baxıram ki, dəyər verib, demişəm ki, ürəyindən nə keçir verərsən dediklərim pullanandan sonra adama baxmayanda təsir edir”.
Viral.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhilə Bəndəliyeva “Həftənin qonağı” verilişində deyib. Sənətçi indiki müğənnilərə hörmətin daha az olduğunu vurğulayıb:
“O vaxt müğənniyə hörmət əla idi. Onda müğənnini bu qədər görmürdülər. Bizi səhnədən əvvəl camaat görməzdi. İndi müğənni səhnədə oxuyur, sonra gəlir oturur camaatın içində. Belələri çoxdur. Bizi ancaq səhnədə görürdülər. Heç danışmağımız da yox idi. Bəzən aparıcı gəlirdi ki, mahnının adını səsləndir, deyirdim, necə söyləyim. Amma indi oxuyanlar həm tamadalıq edir, həm efirdə elə danışır, qalırsan belə. İndi müğənnilərdən kim hörmətini saxlayır hörmətdədir. Əvvəl qonaq gedəndə adımıza süfrələr açılırdı. İndi bilmirəm, ya müğənni çoxdur, ya insanlar arasında çox olurlar, əvvəlki münasibət yoxdur.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
İndi bir adamın 4-5 evi var. O vaxt elə deyildi. Nişanlı olanda korporativə 2 otaq üçün adımı yazdırmışdım, maaşdan tuturdular. İndikilər şükür etməlidirlər. İndiki muğam ifaçıları elə müsabiqədən tanınır. Amma biz bu pilləyə cırmaq-cırmaq, sürünə-sürünə gəlmişik. O vaxt muğam ifaçılarını daha çox sıxırdılar. Estrada ifaçıları daha sərbəst idi. İndi bütün muğam ifaçılarının altında maşını, adları-sanları var. Heç birində gözüm yoxdur, sağlıqlarına qismət”. // Axşam.az