Almaniya Ukraynaya “Patriot” sistemi VERDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyadan ölkəsinə “Patriot” hava hücumundan müdafiə sisteminin tədarük edildiyini açıqlayıb.

Viral.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yayımladığı videomüraciətdə bildirib.

Daha əvvəl Zelenski ölkənin hava məkanının müdafiəsi üçün 25 “Patriot” sisteminə ehtiyac olduğunu söyləmişdi.

Son Yazılar:

İyul ayında Vaşinqtonda keçirilən NATO sammiti ərəfəsində Rumıniya Prezidenti Klaus İohannis demişdi ki, Buxarest kompensasiya tədbirlərinə ümid edərək “Patriot” raket sistemlərinin Ukraynaya təhvil verilməsinə dair NATO tərəfdaşları ilə danışıqları davam etdirir.