Zelenski Səudiyyə Ərəbistanına səfər edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfər edəcək.

 

Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ər-Riyaddakı Ukrayna səfirliyindən olan diplomatik mənbə bildirib.

Son Yazılar:

 

Onun sözlərinə görə, Prezident Zelenski iyunun 1-də Səudiyyə Ərəbistanına səfər edəcək. Zelenski qısamüddətli səfər üçün Ciddəyə gələcək və o, burada şahzadə Məhəmməd bin Salman və digər yüksək vəzifəli rəsmilərlə görüşəcək.

 

Qeyd olunub ki, səfərin məqsədi gələn ay İsveçrədə keçirilməsi planlaşdırılan sülh sammitinə Səudiyyə Ərəbistanının da dəstəyini almaqdır.

 

Səudiyyə Ərəbistanı Ukrayna müharibəsində neytral mövqe tutmağa çalışıb. Bu ölkə dəfələrlə Rusiya ilə Ukrayna arasında vasitəçilik təklif edib.

 

Ötən ilin avqustunda Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı beynəlxalq təhlükəsizlik danışıqlarına ev sahibliyi edib, həmin ilin mayında isə Zelenski Səudiyyə Ərəbistanında keçirilən Ərəb Liqasının illik sammitində iştirak edib.