“Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası regional sabitlik üçün vacibdir”.
Viral.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
“Biz Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə praktiki mərhələnin başlanmasını izləyirik – bu, regional sabitlik üçün vacibdir. Biz bütün delimitasiya məsələlərinin müstəsna olaraq siyasi və diplomatik üsullarla həllinin tərəfdarıyıq, ondan çıxış edirik ki, sazişlər davamlı, balanslaşdırılmış, qarşılıqlı məqbul olmalıdır və regionda davamlı sülhə nail olmaq üçün əsas olmalıdır”, – deyə sözçü qeyd edib.
Zaxarova Rusiyanın üçtərəfli razılaşmalar əsasında delimitasiya üzrə tərəflərə məsləhətçi yardım göstərməyə hazır olduğunu bildirib.