Azərbaycanlı jurnalist Fərqanə Quliyeva vəfat edib.
Viral.az xəbər verir ki, o 44 yaşında, bu gün “Milli Mətbuat Günü”ndə dünyasını dəyişib. Fərqanə Quliyeva cərrahi əməliyyatdan sonra vəfat edib. Bu barədə jurnalistin sonuncu dəfə çalışdığı Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) məlumat yayıb.
Qeyd edək ki, Fərqanə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirib. Azərbaycan, türk, rus və ingilis dillərini mükəmməl bilirdi. Müxtəlif şirkətlərdə tərcüməçi işləyib.
Son Yazılar:
- İndoneziyada daşqınlar nəticəsində azı 13 nəfər ÖLDÜ
- “Hizbullah” bir gün ərzində İsrailə 160 raket buraxdı
- “Liverpul” “Mançester Siti” ilə xal fərqini 8-ə ÇATDIRDI
O “Report” İnformasiya Agentliyində də çalışıb. Fərqanə Quliyeva AZƏRTAC-ın rus dilində informasiya baş redaksiyasının tərcüməçisi idi.