Argentina Prezidenti Xavyer Milei idman müşaviri Xulio Qarronu işdən çıxarmaq qərarına gəlib.
Viral.az xəbər verir ki, ölkə rəhbəri idman müşavirini Lionel Messiyə görə işdən qovub. Xarici medianın iddiasına görə, Xulio Qarro futbolçu Enzo Fernandezin davranışına görə millinin kapitanı Lionel Messinin üzr istəməsini tələb edib.
Prezident bəyanatında deyib: “Heç kim Dünya Çempionuna nə düşünəcəyini, nə edəcəyini və ya nə deyəcəyini deyə bilməz”.
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
Qeyd edək ki, Enzo Fernandes Fransa millisi haqqında irqçi mahnı oxuması ilə gündəmə gəlib.