Su hövzələrində üzənlərə XƏBƏRDARLIQ – Bu xəstəliyə yoluxa bilərsiniz

Parazitoloq Yelena Çernışeva durğun su hövzələrində üzməklə yoluxa bilən “üzgüçü xəstəliyi” adlanan xəstəlikdən qorunmaq üçün sadə yollar təklif edib.

Bu barədə Viral.az lenta.ru-ya istinadən xəbər verir.

“Durğun su anbarlarında istilər səbəbindən “cercariae” qurd sürfələrinin sayı artıb. Qurd süfrələrinin dişləmələri “üzgüçü xəstəliyinin” inkişafına səbəb ola bilər. Onlar dişləyir və təbii olaraq metabolik məhsullarını – zəhərli maddələri içəri buraxırlar. Onlar dərini qıcıqlandırır və qaşınma yaradır”, – deyə həkim izah edib.

Son Yazılar:

Çernışeva vurğulayıb ki, durğun su hövzələrində üzmək təhlükəsizlik qaydalarına riayət olunarsa mümkündür. 

O, həmçinin gölməçədə çox qalmamağı və üzgüçülükdən sonra duş qəbul etməyi tövsiyə edib.

(redaktor.az)