Tanınmış insayder “Ice Universe” 2025-ci ildə görünməli olan “iPhone 17” xəttinin texniki xüsusiyyətləri ilə bağlı təfərrüatları açıqlayıb.
Bu barədə Viral.az “gazeta.ru”ya istinadən xəbər verir.
Bütün modellər kadr sürəti artırılmış ekranlarla təchiz olunacaq, lakin kameraların sayı dəyişməz qalacaq. “Pro” modelləri 12 GB RAM alacaq, aşağı versiyalar isə 8 GB RAM ilə qalacaq.
Son Yazılar:
- Bu il Gürcüstanda prezident seçkiləri KEÇİRİLƏCƏK
- Bakıda küləyin gücü saniyədə 23 metrə çatdı
- Milyoner cütlüyün toydan bir ay sonrakı davası: Bakıda maraqlı BOŞANMA
Ən yadda qalan yeni məhsul “iPhone 17 Slim” olacaq, o, 6,65 düymlük ekran, çipdə (“SoC”) əsas A19 sistemi və 8 GB RAM alacaq. Buna baxmayaraq, onun qiyməti ən azı 1300 dollar olacaq. Bu qiymət qeyri-adidir, çünki “Apple” həmin ilin sonunda daha təkmil “iPhone 17 Pro Max”ı daha aşağı qiymətə təqdim edəcək.
Bundan əlavə, xəttə 60 Hz tezlikli 6,1 düymlük ekran, “Apple A18” prosessoru, 48 MP təsvir ölçülü bir kamera və 6 və ya 8 QB əməli yaddaşla təchiz ediləcək “iPhone SE 4” daxil olacaq. Onun qiyməti 500-550 dollar arasında dəyişəcək.
(redaktor.az)