Türkiyə ilə Yunanıstan arasında yeni körpü salınacaq

Türkiyə ilə Yunanıstan arasında yeni körpü salınacaq.

 

Viral.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Son Yazılar:

 

O bildirib ki, körpünün layihəsi tamamlanmaq üzrədir.

 

Layihənin 2024-cü ildə tenderə çıxarılması gözlənilir.

 

A.Uraloğlu bildirib ki, bununla bağlı 2004-cü ildə Afinada razılıq sənədi imzalanıb: “Layihə ancaq Türkiyə və Yunanıstan üçün deyil, bütün bölgə üçün böyük əhəmiyyət kəsb edir. Bu, iki ölkə arasındakı dostluq və əməkdaşlığı gücləndirəcək”.

 

Nazirin sözlərinə görə, körpünün uzunluğu 841 metr olacaq.