ABŞ Məxfi Xidmətinin direktoru Kim Çitl keçmiş prezident, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa qarşı sui-qəsdlə bağlı Konqresdə ifadə verib.
Viral.az-ın məlumatına görə, o bildirib ki, Trampa qarşı sui-qəsd Məxfi Xidmətin son onilliklər ərzində ən böyük uğursuz fəaliyyəti idi və o, həmin gün təhlükəsizliklə bağlı yaranmış vəziyyətə görə bütün məsuliyyəti öz üzərinə götürüb.
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağın bakterial tərkibinə necə təsir etdiyini müəyyən ediblər
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
“Məxfi Xidmətin vacib missiyası xalqımızın liderlərini qorumaqdır. İyulun 13-də biz uğursuz olduq. Mən hər hansı bir təhlükəsizlik pozuntusuna görə tam məsuliyyəti öz üzərimə götürürəm. Biz araşdırmalarımızı davam etdiririk”, – deyə o, Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında ifadəsində deyib.
Qeyd edək ki, Donald Trampa qarşı sui-qəsddən sonra Demokratlar Partiyasının çoxsaylı üzvü Məxfi Xidmətin direktorunu istefa verməyə çağırıb.