ABŞ prezidenti Co Bayden iyulun 23-də koronavirus səbəbindən karantində olduğu Rehobot-Biç şəhərindəki iqamətgahından Ağ Evə qayıdacaq.
Viral.az-ın məlumatına görə, bu barədə Ağ Evin yayımladığı cədvəldə bildirilib.
Son Yazılar:
- Tramp komandasının bir hissəsi Putinin Ukrayna ilə bağlı şərtləri ilə razılaşır
- Bakının bu ərazisində işıq KƏSİLƏCƏK
- Saratov vilayətində insanlara atəş açılıb, ölən var
Məlumata əsasən, ABŞ-ın şərq sahili vaxtı ilə 12:30-da C.Bayden Rehobot-Biçdəki evini tərk edəcək və Dover şəhər aerodromuna gedəcək. O, saat 13:25-də Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına uçacaq, uçuşun 35 dəqiqə çəkəcəyi gözlənilir.
Amerika liderinin saat 14:30-da Ağ Evə gələcəyi gözlənilir, burada 15:00-da onun üçün qapalı brifinq keçiriləcək.