Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsinin xüsusi təyinatlıları ilə “Piyada olaraq və texnikada reyd tədbirlərinin keçirilməsi” mövzusunda xüsusi-taktiki təlim təşkil olunub.
Viral.az xəbər verir ki, təlimlər zamanı xüsusi təyinatlılarla uzun məsafələrə piyada taktiki yürüş keçirilib. Plana uyğun olaraq yaşamaq uğrunda mübarizənin amilləri, müxtəlif şəraitlərdə sığınacaqların hazırlanması, həmçinin çətin iqlim və relyef şəraitlərində dağlarda hərəkət üsulları üzrə məşğələlər keçirilib, gecə şəraitində taktiki hazırlıq üzrə normativlər qəbul edilib.
Son Yazılar:
- ABŞ Yaxın Şərqə 70-dən çox “Patriot” göndərdi
- İlham Əliyev ailə üzvləri ilə birlikdə Antalyada
- “Traktor” səfərdə xal itirdi
Təlimlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.


