Bakı Dövlət Universitetində doktoranturaya sənəd qəbulu aparılıb

2024-cü il üçün doktoranturaya qəbul üzrə aprelin 16-dan mayın 15-dək elektron sənəd qəbulu aparılıb.

 

Bu barədə Viral.az-a Bakı Dövlət Universitetindən bildirilib. Qeyd olunub ki, 282 nəfər fəlsəfə doktoru proqramı üzrə, 22 nəfər elmlər doktoru proqramı üzrə qeydiyyatdan keçib.

Son Yazılar:

 

Fəlsəfə doktoru proqramı ilə Naxçıvan Dövlət Universiteti üçün əmək hüququ, sosial təminat hüququ ixtisası üzrə 1 qiyabi məqsədli, Bakı Mühəndislər Universiteti üçün Beynəlxalq münasibətlər ixtisası üzrə 1 qiyabi məqsədli yer, elmlər doktoru proqramı ilə Jurnalistika ixtisası üzrə 1 qiyabi məqsədli yer nəzərdə tutulub.