Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev tanışına balta ilə xəsarət yetirib. Məsələ ilə əlaqədar DİN-dən verilən məlumata görə, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib.
Viral.az xəbər verir ki,iddialara görə Xalq artisti Ağadadaş Ağayev ilə “Medera” hospitalın gözətçisinə arasında mübahibə yaranıb. Xalq artisti bir neçə gün əvvəl qulağından əməliyyat olunub, evinin yaxınlığında yerləşən “Medara”nın gözətçisinə səslənərək deyib ki, oradan bir tibb bacısı çağır, gəlib mənim qulağıma baxsın. Gözətçi isə “mən niyə çağırıram, get özün çağır” deyə reaksiya verib. Aralarında yaranan mübahisə davaya çevrilib və idddialara görə, gözətçi Ağadadaş Ağayevi yerə yıxaraq möhkəm döyüb, bir neçə şəxs zorla Ağadadaş Ağayevi gözətçinin əlindən ala biliblər. Sonra xalq artisti evdən baltanı götürüb və gözətçinin arxasında düşüb, uzaqdan baltanı atanda isə başqa adama dəyib.
Teleqraf.com “Medera” hospitalın mövqeyini öyrənmək üçün əlaqə saxlayıb.
Son Yazılar:
- Dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə hökm OXUNDU
- Bir milyon manata yaxın pul tələb edən məşhur tiktoker həbs OLUNDU
- Bu, iqlim fəaliyyəti tarixində “Bakı sıçrayışı” kimi öz damğasını vurdu
Klinikadan bildirilib ki, heç kimin məlumat verə bilməz və dəstək asılıb.