Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Ağadadaş Ağayevlə “MedEra” hospitalının mühafizəçisinin əlbəyaxa davası müzakirələrə səbəb olub.
Kamera görüntülərindən belə məlum olur ki, müğənninin balta atdığı mühafizəçi yumruq zərbələri endirərək yerə onu yıxır və zərbələr endirməyə davam edir.
Viral.az xəbər verir ki, məsələylə bağlı Bakupost.az -a danışan müğənni Əli Mirəliyev baş vermiş hadisəyə görə təəssüfləndiyini, sənət adamının küçənin ortasında döyülməsinin yolverilməz olduğunu bildirib:
Son Yazılar:
- Hərbçilərin kirayə haqları artırılsın – Deputatdan TƏKLİF
- Azərbaycanda yeni bələdiyyələr YARADILDI
- İdarə rəisi vəzifəsindən azad EDİLDİ
“Ağadadaşı niyə döyüblər, bilmirəm. Bunu hüquq-mühafizə orqanları araşdırıb, tədbir görəcəklər. Amma küçənin ortasında altmış yaşlı sənətçini döymək yolverilməzdir. O boyda Ağadadaş Ağayevi mühafizəçi küçədə döyür, bəs ətrafdakılar hara baxır? Altmış yaşında bir kişini, Xalq artistini, gözəl müğənnini, xalqın içindən çıxmış insanı küçədə bu formada döyməkmi olar? Utanmırsınız? Niyə axı ona hörmət etmirsiniz?”