Məxfi Xidmətin direktoru istefa verdi 

ABŞ Məxfi Xidmətinin direktoru Kim Çitl istefa verib.

 

Viral.az CNBC-yə istinadən xəbər verir ki, o, Donald Trampa sui-qəsd zamanı buraxılan səhvlərə görə xidmətin cavabdeh olduğunu etiraf etməsindən sonra istefa verib.

Son Yazılar:

 

Qeyd edək ki, Çitl Trampa qarşı sui-qəsdlə bağlı Konqresdə ifadə verib.

 

O bildirib ki, Trampa qarşı sui-qəsd Məxfi Xidmətin son onilliklər ərzində ən böyük uğursuz fəaliyyəti idi və o, həmin gün təhlükəsizliklə bağlı yaranmış vəziyyətə görə bütün məsuliyyəti öz üzərinə götürüb.

 

“Məxfi Xidmətin vacib missiyası xalqımızın liderlərini qorumaqdır. İyulun 13-də biz uğursuz olduq. Mən hər hansı bir təhlükəsizlik pozuntusuna görə tam məsuliyyəti öz üzərimə götürürəm. Biz araşdırmalarımızı davam etdiririk”, – deyə o, Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında ifadəsində deyib.

 

Qeyd edək ki, Donald Trampa qarşı sui-qəsddən sonra Demokratlar Partiyasının çoxsaylı üzvü Məxfi Xidmətin direktorunu istefa verməyə çağırıb.