“Qarabağ” Çempionlar Liqasına qələbə ilə BAŞLADI

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında “Qarabağ” səfərdə “Linkoln”la (Cəbəllütariq) qarşılaşıb.

Viral.az xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab fasilə ərəfəsində açılıb. 45+2-ci dəqiqədə Juninyo fərqlənib. “Köhlən atlar”ın ikinci qolunu isə 75-ci dəqiqədə Toral Bayramov vurub.

Son Yazılar:

Qeyd edək ki, “Qarabağ” və “Linkoln” arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

***

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start veriləcək. 

Viral.az xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” da yeni mövsümdə ilk rəsmi matçına çıxacaq. 

Ağdam klubu Cəbəllütariqdə “Linkoln”un qonağı olacaq. Matç Bakı vaxtı ilə 20:00-da start götürəcək. 

Bu komandalar arasındakı cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.

Xatırladaq ki, “Linkoln” “Qarabağ”a tanış rəqibdir. 2023/24 mövsümünün birinci mərhələsində də Ağdam təmsilçisi Cəbəllütariq çempionu ilə qarşılaşmış və hər iki matçda qələbə qazanmışdı (2:1 səfərdə, 4:0 evdə).

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

23 iyul

20:00. “Linkoln” – “Qarabağ”

Baş hakim: İştvan Vad (Macarıstan)

Cəbəllütariq, “Europa point stadium”