Pezeşkiyanın andiçmə mərasimində 60 ölkədən nümayəndə iştirak edəcək

Ən azı 60 ölkə öz nümayəndə heyətlərinin İranın seçilmiş prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirakını təsdiqləyib.

Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə İran Məclisinin (parlament) rəyasət heyətinin üzvü Müctəba Yusefi məlumat verib.

“Hazırda 60 ölkə prezidentin andiçmə mərasimində iştirakını elan edib və öz nümayəndə heyətlərinin iştirakını təsdiqləyib”, – İran Press agentliyi onun sözlərindən sitat gətirir.

Son Yazılar:

Rəyasət Heyətinin üzvü izah edib ki, bu 60 ölkədən nümayəndə heyətləri müxtəlif səviyyələrdə, o cümlədən 4 prezident, 12 parlament rəhbəri və 7 baş nazir təmsil olunacaq.

(redaktor.az)