Kanadanın General-Qubernatoru Meri Saymon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Viral.az xəbər verir ki, təbrikdə deyilir:
Son Yazılar:
- Ağalarovun Əminə ilə yeni görüntüsü – VİDEO
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Sizi və ölkənizin vətəndaşlarını bütün kanadalılar adından təbrik edirəm.
Kanada Azərbaycanla əlaqələrini, eləcə də fəal Azərbaycan-Kanada icması tərəfindən qurulan xalqlararası münasibətləri möhkəmləndirməyi davam etdirmək əzmindədir. İkitərəfli müsbət əlaqələrimiz qadınların səlahiyyətlərinin artırılması, qlobal təhlükəsizlik və ətraf mühitin mühafizəsi kimi mühüm məsələlərlə bağlı birgə səylərimizlə daha da möhkəmlənir. Həmçinin Kanada demokratik inkişaf və rifah kimi dəyərlərin Cənubi Qafqazda sülhü möhkəmləndirəcəyinə qəti şəkildə inanır.
Kanada bu ilin sonunda Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirini səbirsizliklə gözləyir. Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməyə, həmçinin vətəndaşlarımız üçün daha yaxşı gələcək naminə birgə səy göstərməyə hazırdır.
Bu bayram münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram”.
***
Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Viral.az xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycanın Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Siz sülh, tərəqqi və xalqın firavanlığı üçün yorulmadan çalışdığınız bir vaxtda biz bu əlamətdar hadisəni və ölkənizin nailiyyətlərini qeyd etməkdə Azərbaycan xalqına qoşuluruq.
Qoy, Filippin və Azərbaycan arasında tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın qarşılıqlı rifahı naminə inkişaf etməkdə davam etsin!
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
İrlandiyanın Prezidenti Maykl Higgins Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Viral.az xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına İrlandiya xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Qoy, gələcək illər Azərbaycan xalqına sülh, daha çox firavanlıq və xoşbəxtlik gətirsin!”
***
Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Faye Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Viral.az xəbər verir ki, təbrikdə deyilir:
“Cənab Prezident.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Sizə və dost Azərbaycan xalqına firavanlıq və davamlı inkişaf arzulayıram.
Bu fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Sizinlə işləməyə hazır olduğumu və Zati-alinizə yüksək ehtiramımı bildirirəm”.