“Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında əməkdaşlığa dair imzalanmış protokol”a uyğun olaraq 2024-2025-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edilir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Viral.az-a bildirilib ki, ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan edilən təqaüd proqramı tacik, rus və ingilis dillərində tədris olunur.
Təqaüd proqramına müraciətlər iyunun 15-dək qəbul olunur. Proqram barədə daha ətraflı məlumatı elan vasitəsilə əldə etmək mümkündür.
Son Yazılar:
- İqlim, Planet və Biz” kitabının təqdimatı KEÇİRİLDİ
- Ekoloji aspektdə fəaliyyətimiz dayanıqlı inkişaf prinsiplərinə uyğundur
- “Boyunu yerə soxduqlarım yanıma gəlmir!” – Meyxanaçı Xəyyam OD PÜSKÜRDÜ