G1-G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur.
Bu barədə Viral.az– a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Qeyd olunub ki, Günəş fəallığı son sutka ərzində yüksək səviyyədə olub.
İyulun 23-də Günəş səthində bəzi oblastlarda güclü M3.9/Sn (R1-minor), iyulun 24-də isə şərq hissədə M2.4 alışmaları baş verib. Digər oblastlar C4.5, C8.4 səviyyədə C sinif (Yerə bir o qədər təsir edə biməyən) alışmalarla fəal olub. C4.5 alışması tac kütlə atılması ilə müşayiət edilib.
Son Yazılar:
- Ərindən boşanan Afətin ilk işi görün nə oldu
- Məşhur sitrus bazarından görüntülər: Satıcılar qiymətlərdən danışdı
- Bakıdan Çinə dəmiryolu ilə ilk ixrac qatarı yola salındı
Hazırda koronoqraflarda Yerə yönəlmiş tac kütlə atılması müşahidə olunmasa da, iyulun 26-dək Günəşdə M (radio rabitələri əngəlləyə bilən) və X sinif (daha güclü) alışmaların olacağı proqnozlaşdırılır.
23-25 iyul tarixlərində kiçik də olsa, S1 (minor) geomaqnit qasırğasının olma ehtimalı var. İyulun 21-də Günəşi tərk etmiş tac kütlə atılmasının təsiri ilə 24-25 iyul tarixləri üçün Günəş küləyi parametrləri normal səviyyəyə enəcək. Bu gün geomaqnit qasırğasının G1-G2 (mülayim-nəzərə çarpmayan) səviyyədə davam edəcəyi ehtimal olunur.
İyulun 25-də tac kütlə atılmasının təsirinin zəifləyəcəyinə baxmayaraq, geomaqnit sahənin fəal səviyyədə qalması gözlənilir.
Hazırda geomaqnit səviyyə qeyri-stabil vəziyyətdədir. İyulun 26-dan geomaqnit sahə normal, sakit səviyyəyə enəcək.