Azərbaycan Rusiyada və başqa yerlərdə Ermənistanla danışıqlara həmişə hazır olub.
Viral.az xəbər verir ki, bunu TASS-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Moskvanın tərəflərin görüşünü təşkil etməyə hazır olmasını şərh edərkən deyib.
“Azərbaycan tərəfi Rusiyada və digər yerlərdə Ermənistan tərəfi ilə danışıqlara həmişə hazır olub”, – Hacızadə bildirib.
Son Yazılar:
- Raketlərin yerləşdirilməsi ABŞ-nin qərarından asılıdır
- Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır
- Azərbaycan və Rusiya FHN əməkdaşlığın genişləndirilməsini müzakirə EDİBLƏR
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 24-də keçirdiyi brifinqdə bildirib ki, Rusiya tərəfi Bakı və İrəvan nümayəndələri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır və onlar üçün ən rahat şərait yaradacaq.
(redaktor.az)