Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etmək hüququ təmin olunmaqla yol hərəkəti qaydaları təkmilləşdiriləcək.
Viral.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun tətbiqi haqqında” imzaladığı Fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etmək hüququ təmin olunmaqla yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə protokollar və qərarların rəsmi qaydada verilməsi prosedurlarının elektronlaşdırılması istiqamətində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.