İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Livanın cənubundakı Hizbullahın hərbi obyektlərinə hücum edib.
Viral.az xəbər verir ki, “Janoubia“ xəbər portalının məlumatına görə, hücumlar nəticəsində Kfar Killa, Markaba və Houla kəndlərində evlər dağılıb.
Bildirilib ki, yerli mülki müdafiə xidmətinin xilasedicilərindən ibarət qruplar və təcili yardım maşınları zərbələr endirilən əraziyə gedib. Dinc sakinlər arasında itkilər barədə məlumat var.
Son Yazılar:
- Dollar bu qiymətə satılacaq – RƏSMİ
- Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində…
- Hamilə qadın qəfil vəfat etdi – VİDEO
Pilotsuz təyyarənin hücumu şiə yaraqlılarının İsrailin şimalına raket hücumundan sonra həyata keçirilib. Qərbi Qalileydə günortadan sonra hava hücumu sirenləri işə düşüb. Livanla sərhəddən 5-15 km radiusda yerləşən yaşayış məntəqələri “Katyuşa” reaktiv yaylım atəşinə məruz qalıb.
“Əl Manar“ telekanalının məlumatına görə, iyulun 22-dən Hizbullah bölmələri İsrailin şimalında 2023-cü ilin oktyabrında sakinlərin təxliyyəsi həyata keçirilməyən 16 yaşayış məntəqəsini atəşə tutub.
Çərşənbə günü işğal olunmuş Kfar Şuba yüksəklikləri ərazisində İsrail əsgərləri ilə şiə döyüşçüləri arasında atışmalar baş verib. Livanın cənubundan atılan pilotsuz təyyarə Yuxarı Qalileydəki Ayelet HaShahar yaşayış məntəqəsi üzərində səmada görünüb və İsrail hava hücumundan müdafiə qüvvələri ona atəş açıb.
Hizbullah özünün “Telegram” kanalında PUA ilə lentə alınan və Livan-İsrail sərhədindən 50 km aralıda yerləşən Ramat David aviabazasını əks etdirən video yayımlayıb. Hizbullah yaxın vaxtlarda ora hücum edə biləcəklərini bəyan edib.
(redaktor.az)