Bu gün Milli Mətbuat Günü münasibətilə Hüquq və İnsan Haqları İnstitutunda bir qrup media nümayəndələri ilə görüş keçirilib.
Viral.az xəbər verir ki, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə jurnalistləri salamlayaraq, peşə bayramları münasibəti ilə onlara səmimi təbriklərini çatdırıb və bugünkü mətbuatımızın sürətli inkişaf dinamikasından söz açıb. M. Quluzadə Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində jurnalistlərin böyük əməyi olduğunu vurğulayıb və onlarla sıx əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib.
İdarə Heyətinin sədri İnstitutun insan hüquqları istiqamətində fəaliyyətinə dair qısa arayış verdikdən sonra, media subyektlərində rast gəlinən insan hüquq və azadlıqlarının, o cümlədən də təqsirsizlik prezumpsiyasının pozuntularından söz açıb. O, bildirib ki, belə halların qarşısını almaq və jurnalistləri kənar təsirlərdən qorumaq üçün İnstitut müvafiq təlim modulları hazırlayaraq jurnalistlər üçün iki dəfə təlim də təşkil edib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Eyni zamanda İnstitut tərəfindən Praktikaya aid Siqnallar Sorğusu (PASS) Platformasının istifadəyə verilməsini diqqətə çatdıran İdarə Heyətinin sədri, bu platformanın jurnalistlər üçün də faydalı olacağını qeyd edib. Daha sonra görüşdə iştirak edən jurnalistlər İnstitutun rəhbərliyinə onlara göstərdikləri diqqətə görə öz minnətdarlıqlarını bildiriblər. İnsan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində İnstitutun fəaliyyətini dəstəklədiklərini və jurnalistlər üçün insan hüquqlarının öyrənilməsinə dair onlayn kursun təşkil edilməsini təklif ediblər.
Görüşün sonunda İnstitutla əməkdaşlıq çərçivəsində göstərdikləri səmərəli xidmətlərə görə jurnalistlər təşəkkürnamə ilə təltif olunublar.